Vaqif Xaçatryan işgəncə verdiyi şəxslə məhkəmədə üzləşib. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az İTV-yə istinadən xəbər verir.
Bu gün Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri, Xaçatryanın məhkəməsi olub. Birinci Qarabağ müharibəsi zamanı onun işgəncə verdiyi şəxslərdən biri səslənərək: “Vaqif, ay Vaqif, tanıdın məni? Evə “limonka” atdın ha, qaçdım dalınca... Tanıyarsan”, – deyib.
Xaçatryan ona diqqətlə baxsa da, heç bir cavab verməyib.
[video width="1280" height="704" mp4="https://bakuplus.az/storage/photos/2023/10/img_0729.mp4"][/video]