Vaqif Xaçaturyanın məhkəməsi Yasamalda keçiriləcək. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri – Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmə prosesi Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçiriləcək. Buna səbəb isə Bakı Hərbi Məhkəməsində geniş iclas zalının olmamasıdır.
Məhkəmənin iclası hakim Camal Ramazanovun sədrliyi ilə 13 oktyabr tarixinə təyin olunub.