Bakıya gətirilən 50 yeni avtobus marşrutlara çıxarılıb. Bu haqda bu gün, 24 fevral tarixində Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Həmin avtobuslar 18, 61, 65 və 85 nömrəli marşrut xətləri üzrə xidmətə çıxıb. Bu marşrut xətlərindən çıxarılan “İsuzu” markalı avtobuslar isə 119, 135 və 199 nömrəli marşrut xətləri üzrə “Daewoo” markalı avtobusları əvəz etmək üçün istifadə olunub.
Daha öncə, “Xaliq Faiqoğlu” şirkəti tərəfindən Türkiyədən Bakıya “OTOKAR” markalı 50 iritutumlu sərnişin avtobusunun gətirildiyi məlum olmuşdur.