Ötən gün Binəqədidə baş vermiş insidentlə bağlı cinayət işi açılıb, qadını batla ilə yaralayan Xalq artisti Ağadadaş Ağayev məsuliyyətə cəlb edilib. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Araşdırma Binəqədi Rayon Polis İdarəsində aparılır.
“Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb ediliblər. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”, – açıqlamada deyilir.
Hadisə ötən gün Medera Klinikasının qarşısında baş verib. Mühafizəçi ilə mübahisə zamanı Ağayev onun üstünə balta atıb. Yerə düşən balta qadını yaralayıb.