Bu gün bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Eldar Mansurovun 70 illik yubileyidir.
Azərbaycan Respublikasının Xalq artisti Eldar Bəhram oğlu Mansurov 1952-ci il fevralın 28-də Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olub. O, tarzən Bəhram Mansurovun oğlu, kinooperator Aydın Mansurovun və tarzən Elxan Mansurovun qardaşıdır.
Xalq artisti “Yeddi gözəl” rok-operası, “Kleopatra” və “Olimp” rok-baletləri, 5 simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir.
Eldar Mansurov 26 filmə və 27 teatr tamaşasına musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir.
Mükafatlar: