Xankəndi – Bakı ultramarafonu yekunlaşıb. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Qürurla irəli!” şüarı altında ilk dəfə keçirilən tədbirdə iştirakçılar sonuncu mərhələnin məsafəsini də qət edibrlər. Onlar Qobustandan Bakıya 55 km yol gediblər.
64 nəfərdən finişə 17 iştirakçı çatıb. Onlardan 15-i kişi, 2-si qadındır. Məsafəni ilk qət edən idmançı Artyom Əliyev olub.
29 fevral tarixində başlayan Xankəndi – Bakı ultramarafonu 380 km məsafəni əhatə edib.
[caption id="attachment_131642" align="alignnone" width="640"]
Foto Report.az[/caption]