Bu gün saat 09:00-dan Xəzər və Suraxanı rayonlarının bəzi ərazilərinə qaz verilişi müvəqqəti məhdudlaşdırılıb.
Bakuplus.az xəbər verir ki, bu barədə məlumatı “Azəriqaz” yayıb.
Bildirilib ki, təmir işləri ilə bağlı Xəzər rayonu, Binə qəsəbəsinin 11H saylı sahəsində və Suraxanı rayonu Əmircan qəsəbəsinin A.Rzayev küçəsində, Mərdəkan bağları, Stansiya-Qala, Mərdəkan yeni yaşayış massivlərində qaz təchizatı dayandırılıb.