top
Xırdalanda məktəbli direktor tərəfindən döyülüb? - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB
05 aprel 2025, 05:01
- ↺ +

Xırdalanda məktəbli direktor tərəfindən döyülüb? - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalanda məktəb direktorunun şagirdi döyməsi ilə bağlı iddialara aydınlıq gətirib. Bildirilib ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə məktəb direktorunun şagirdi döyməsi ilə bağlı yayılan iddialar yerində araşdırılıb.

Şagirdlərin, müəllimlərin və valideynlərin izahatlarına əsasən, fiziki zorakılıq faktı təsdiqlənməyib.

Qeyd edilən tarixdə direktor sinifdəki şagirdlərarası mübahisə ilə bağlı sinfə daxil olaraq yalnız profilaktik söhbət aparıb. Məktəb rəhbərliyinə məktəb-valideyn münasibətlərinin düzgün istiqamətində müvafiq tapşırıqlar verilib:

“Bildiririk ki, sözügedən məktəbin direktoru ilə Regional Təhsil İdarəsinin rəhbəri arasında qohumluq əlaqəsinin olması ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir”.

***

09:15

Xırdalan şəhər sakini Ramin Ağayev övladının məktəb direktoru tərəfindən döyüldüyünü iddia edir.

Qafqazinfo.аz-a müraciət edən valideyn bildirir ki, övladı Xırdalan şəhər 1 saylı orta məktəbin 5D sinfində oxuyur.

Atanın sözlərinə görə, məktəbli dekabrın 18-də təhsil ocağının direktoru Arifə Balakişiyeva tərəfindən döyülüb: “Məsələ ilə bağlı polisə, təhsil şöbəsinə və prokurorluğa müraciət etdim. Polisə müraciətdən sonra Arifə xanım 4 nəfər göndərərək şikayətimi geri çəkməyimi, əks halda məni öldürəcəklərini bildirərək hədələdi. Bunu təsdiq edən səs yazıları da var. Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən araşdırma aparıldığı və belə hadisənin baş vermədiyi deyilir. Sonra bildim ki, təhsil idarəsinin rəhbəri İlhamə xanım direktorun doğma xalası qızıdır”.

Hazırda övladının həmin məktəbdə oxuduğunu deyən R.Ağayev hadisədən sonra müəllimlərin uşağın qiymətini kəsməsindən şikayətlənir: “Mən övladımı məktəbindən, sinif yoldaşlarından ayırmaq istəmədim. Onsuz da o hadisədən sonra övladım travma alıb. Hadisə ilə bağlı gəlib bizə məlumat verdiyi üçün indi də müəllimlər uşağıma təzyiq göstərir, onun qiymətini kəsirlər”.

Əldə etdiyimiz məlumata görə, müraciətlə bağlı Abşeron Rayon Prokurorluğunda aparılan araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən həmin hissədə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilib.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.

Son xəbərlər

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Oxşar xəbərlər