Bakının Murtuza Muxtarov küçəsində yerləşən Axund hamamının divarından binanın yerli əhəmiyyətli memarlıq abidəsi olduğunu bildirən lövhə götürülüb. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Bakı Gündəliyinə istinadən məlumat verir.
Mədəniyyət Nazirliyi tərəfindən 1885-ci ildə tikilmiş hamamın üzərinə müvafiq lövhə vurulub. Memarlıq abidəsinin inventar nömrəsi 3706-dır.
Hazırda hamam xüsusi mülkiyyətdədir. 2013-cü ildə təmir edilib və bir müddət öz təyinatı üzrə işləyib. Hazırda fəaliyyət göstərmir. 2019-cu ildə bina 1.700.000 manat qiymətinə satışa çıxarılıb.