Xocəsən qəsəbəsinin girişi təmir olunub. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Xocəsən dairəsindən, həm də "Meyvəli" bazarının yanından Xocəsən qəsəbəsinə gedən yolda təmir işləri aparıldığından qəsəbəyə bu istiqamətdə giriş-çıxış bağlanmışdı.
Təmir-bərpa işləri yekunlaşıb və yol artıq sakinlərin istifadəsinə verilib.