Paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən təhlükə saçan yerüstü keçid bağlanıb. Bu haqda bu gün, 4 aprel tarixində Baku.ws məlumat verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, keçid istəfadəyə yararsızdır və bu səbəbdən bağlanıb. Keçidin əvəzinə həmin ərazidə piyada keçidi çəkilib, müvafiq nişanlar quraşdırılıb.
“Keçidin sökülməsi və yenidən qurulması barədə qərar qəbul olunduqda bununla bağlı məlumat veriləcək”, - deyə Nəcəfli bildirib.
Daha öncə, ötən ilin dekabr ayında Bakuplus.az həmin keçid barədə məlumat verib.
[caption id="attachment_96086" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]