Bakıdan Xocalı şəhərinə köç karvanı yola düşüb. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Xocalı şəhərinə 24 ailə – 88 nəfər köçürülüb.
İndiyədək Xocalı şəhərində 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib.