Şəxsiyyət Vəsiqəsinin etibarlılıq müddəti bitən şəxslərlə bağlı açıqlama verilib.
Report xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımovun sözlərinə görə, Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən vətəndaşlar Milli Məclisə seçkilərdə səs verə biləcəklər.
"Bu bizim üçün çox önəmli məqamdır. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin keçməsinə baxmayaraq, həmin seçicilərin texniki məsələ ucbatından kənarda qalmasını istəmirik. Ona görə də həmin seçicilərin etibarlılıq müddəti başa çatmış şəxsiyyət vəsiqələri ilə də səs verməsini təmin edəcəyik. Aşağı seçki komissiyalarını da bu barədə məlumatlandırmışıq".