Sentyabrın 19-20-də Qarabağda aparılmış antiterror əməliyyatları zamanı şəhid olan Səbuhi Əliyevin Bakıda doğulan əkiz qızları – Nərgiz və Nazlının zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Bu məqsədlə ananın hesabına 2000 manat pul köçürülüb. Həmçinin körpələr adına təzə açılmış depozit hesabına 10.000 manat vəsait köçürəcək. Qızlar bu məbləğ və vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesablarından çıxara biləcəklər.
Vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. "Onlar bizə əmanət" layihə atrıq 109 şəhid övladını əhatə edib.
[caption id="attachment_114939" align="alignnone" width="640"]
Foto APA[/caption]