Məhərrəm ayı adı altında yaşlı nəsli aldadan şəxs tutulub. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən tədbirlərlə naməlum şəxsin 30 yaşlı Vüsal Əmrahov olduğu məlum olub. Əmrahov saxlanılan an onun üzərində 200 manatlıq saxta əsginaslar aşkarlanıb.
Sosial şəbəkələrdə Əmrahovun məhərrəm ayı ilə əlaqədar universitetlərdən birinin rektoru adından pul verməsi barədə məlumatlar yayılıb.
Faktla bağlı araşdırmalar davam edir.