Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyev həbs olunub. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin qərarına əsasən, Rafət Qəniyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
2021-ci ilin noyabr ayında Sabirabad rayon prokurorluğuna bildirilib ki, Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə insan sümüklərinin qalıqları aşkarlanıb.
İlkin araşdırma Sabirabad–Qaragüney yolunda yanmış avtomobilin 44 yaşlı Rafət Qəniyevə məxsus olduğu müəyyən edilib.
2022-ci ilin iyun ayında ölmüş sayılan R.Qəniyev Bakıda mağazadan şəxsiyyət vəsiqəsi ilə televizor alarkən özünü ifşa edib.