Yaponiyanın Baş naziri Fumio Kişida COP29-a dəvət alıb. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Yaponiyaya səfəri zamanı Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazavaya COP29-a Prezident İlham Əliyev tərəfindən Yaponiyanın Baş naziri Fumio Kişidaya ünvanlanmış dəvət məktubunu təqdim edib.
Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.