Bakı Ağır Cinayətlər Məhkəməsində yarım million manat mənimsəyən sabiq hakimə hökm oxunub. Bu haqda 20 oktyabr tarixində Report xəbər verib.
Məhkəmədə dələduzluqda təqsirləndirilən Lətif Nəbiyevə dələduzluq, külli miqdarda ziyan vurmaq maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum edilmə hökmü oxunub. O, məhkəmə zalında həbs olunub.
O, iki nəfərdən ümumilikdə 307 min 200 dollar (522 min manat) pul gotürərək, birinə iş qurmaq, digər zərərçəkənə isə Bakıda dəniz kənarında torpaq almaq adı ilə dələduzluq edib.