Yarım milyonluq dələduzluq edən şəxsə hökm oxunub. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə sahibkar Tural Heydərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, “Firstek” mağazasının direktoru vəzifəsində çalışan müddətdə ümumilikdə 551.135 AZN pul mənimsəməkdə təqsirli bilinir.