Kömək istəyən yaralı erməni qadın hospitala yerləşdirilib. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
21 sentyabr tarixində ocavənd rayonu ərazisində yaralı erməni qadın Azərbaycan Ordusunun hərbi qulluqçularına yaxınlaşaraq onlardan yardım istəyib.
Hərbi qulluqçularımız dərhal yaralı qadına ilkin tibbi yardım göstərərək onu yaxınlıqdakı hərbi hospitala təxliyə edib.
Peşəkar hərbi həkimlərimiz tərəfindən erməniəsilli sakin cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır.