Paytaxtın Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi əsaslı təmir olunub. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Uzunluğu 860 m, ortalama eni isə 10,5 m olan küçədə köhnə asfalt örtüyü qaşınaraq yenisi ilə əvəzlənib. Əraziyə səki daşları düzülüb, piyada səkisi yaradılıb. Həmçinin yeraltı kommunikasiya xətləri bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb.
Ən sonda küçə boyunca müvafiq yol cizgiləri çəkilib, nişanlar quraşdırılıb və xüsusi parkinq yerləri yaradılıb.
Cari il ərzində Yasamal rayonu ərazisində ümumilikdə 6 km uzunluğu olan 5 küçə əsaslı təmir olunub.
[caption id="attachment_79465" align="alignnone" width="640"]
Foto AAYDA-nın rəsmi saytı[/caption]