Paytaxtın Yasamal rayonunda icra başçısı, millət vəkili və sakinlər arasında görüş keçirilib. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
18 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə Milli Məclisin deputatı, rayon İcra Hakimiyyətinin başçısı, aparatının məsul əməkdaşları, Yasamal bələdiyyəsinin, MKTB və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə qəzalı eyvanların təmiri, kirayə haqqı ödənişi, küçələrin işıqlandırılması, qəzalı tarixi-memarlıq binalarının taleyi, məhəllədaxili yolların asfaltlanması kimi mövzular müzakirə olunub.
Ən sonda bir sıra məsələlərin həlli üçün yerində müvafiq tapşırıqlar verilib.
[caption id="attachment_75811" align="alignnone" width="640"]
Foto Yasamal rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]