Paytaxtın Yasamal rayonunda icra başçısı sakinlər ilə görüş keçirib. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbirdə icra başçısı və aparatın rəhbər heyətinə aid vəzifəli şəxslər iştirak ediblər.
Görüşdə uşaq və yeniyetmələr üçün ödənişsiz minifutbol meydançalarının istifadəyə verilməsi, yaşayış binaları üçün avtoparkinqlərin yaradılması, fərdi ev tikintisinə icazə, ticarət köşklərinin fəaliyyəti barədə mövzular müzakirlə olunub.
Sonda sadalanan problemlərin həlli üçün yerində müvafiq tapşırıqlar verilib.