Paytaxtın Yasamal rayonunda icra başçısı və sakinlər arasında görüş keçirilib. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbirdə İcra başçısı aparatının məsul şəxsləri də iştirak ediblər.
Görüşdə mənzil təminatı, əlillərin sosial təminatı, vətəndaşların pasport qeydiyyatı, əlil qazilərin məşğulluğu kimi məsələlər müzakirə olunub.
Ən sonda sakinləri narahat edən mövzuların həlli üçün yerində müvafiq tapşırıqlar verilib.