Paytaxtın Yasamal rayonunda sakinlərlə səyyar görüş təşkil olunub. Bu haqda 18 noyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
150 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə icra başçısı Elşad Həsənov yerli sakinləri qəbul edib, onların şikayət və təkliflərini dinləyib. Görüşdə Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yasamal bələdiyyəsinin, MKTB və kommunal xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Tədbir zamanı vətəndaşlar tarixi-memarlıq abidələrinin bərpası, əlillər üçün mənzil təminatı, vətəndaşlar arasında fərdi evlərin tikintisi ilə baglı mübahisələr, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, qəzalı evlər, rayon ərazisində istismar müddəti bitmiş evlərin söküntüsü və yeni yaşayış massivlərinin tikintisi və bir sıra sosial məsələlərlə bağlı öz fikirlərini bildiriblər.
Sonda Yasamal RİH-nin başçısı Elşad Həsənov sakinləri narahat edən problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.
[caption id="attachment_79632" align="alignnone" width="640"]
Foto Yasamal Rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi[/caption]