Yasamal rayonu icra başçısı sakinləri qəbul edib. Bu haqda BakuPlus.az RİH-nin mətbuat xidmətinə istinadən bu gün, 17 sentyabr tarixində xəbər verir.
Rayonun 286 saylı tam orta məktəbinin akt zalında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinlərlə görüşdə onların problem və qayğıları ilə maraqlanıb.
Səyyar görüşdə Yasamal Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yasamal bələdiyyəsinin, MKTB və kommunal xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərə müraciət edərək üzləşdikləri problem və qayğılarla maraqlanıb və öz təklif və şikayətlərini bilavasitə ona bildirməyə çağırıb.
Sakinləri narahat edən problemlər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılıb və onların həlli ilə bağlı tapşırıqlar verilib.