Paytaxtın Yasamal rayonu, Zahid Xəlilov, 38b ünvanında ağacların dibləri təmizlənib. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən ərazidə ağacların diblərinə daş döşənməsi və üstlərinin süni örtüklə bağlanması barədə şikayət olunmuşdur.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məmmədov bildirib ki, əraziyə baxış keçirilib, ağacların dibləri Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən təmizlənib və onlara aqrotexniki qulluq göstərilib.