Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin milyonlarla vergi borcu yaranıb.
Valyuta. az-ın məlumatına görə, direktoru Hüseynov Vüsal Fazil oğlu olan qurumun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1759013.76 manat vergi borcu var.
V.Hüseynovun sözügedən vergi borcuna görə ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilir.