Paytaxtda oğlunu öldürən şəxs həbs olunub. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun qərarına əsasən, Ramiz İsrafilov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin aprel ayında Yasamal rayonunda baş verib.
68 yaşlı R.İsrafilov aralarında yaranmış mübahisə zamanı oğlu – 33 yaşlı Kamran İsrafilovu bıçaqlayaraq qəsdən öldürdüyünə görə şübhəli bilinərək saxlanılmışdı.