Paytaxtın Yasamal rayonunda polislərdən qaçmaq istəyən şəxsi həbs ediblər. Bu haqda bu gün, 28 sentyabr tarixində Report.az xəbər yayıb.
28 yaşlı Kamran Cəbrayılzadə 3 ay müddətinə azadlıqdan məhrum edilib.
O, 24 sentyabr tarixində Yasamal rayonu ərazisində “Volkswagen” markalı avtomobildə polisdən yayınmaq istəyərkən 10-a yaxın nəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur.