İctimaiyyətin tullantıların düzgün idarə olunması barədə maariflənməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması məqsədilə 31 avqust tarixində “Tullantıları hədiyyələrə dəyiş” festivalı təşkil olunacaq.
Festival Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava parkı ərazisində saat 17:00-19:00 keçiriləcək.
Festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (ekoçanta, kitab, müxtəlif məktəb ləvazimatları, köynək, qida məhsulları və s.) əldə edəcəklər.