Bakının Yasamal rayonunda narkotacir saxlanılıb. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin dövriyyəsi ilə məşğul olan 28 yaşlı Hüseyn Rzayev saxlanılıb. Ondan 4 kiloqrama yaxın satış məqsədilə tədarük etdiyi heroin, marixuana və tiryək götürülüb.
H.Rzayevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam edir.