Paytaxtın Yasamal rayonunda baş vermiş qəzanın fəsadları günün sonuna qədər aradan qaldırılacaq. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, qəzanın nəticələri bu günün sonuna qədər tam aradan qaldırılacaq.
O, həmçinin obyektlərə dəymiş ziyanla sığortanın məşğul olacağını əlavə edib.