Azərbaycanda yay fəslinin daxil olacağı vaxt açıqlanıb. Bu haqda bu gün, 11 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Azərbaycana yay fəsli 21 iyun saat 00:50:56-da daxil olacaq. Həmin gün ən uzun gündüz və ən qısa gecə yaşanacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.
Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 40 saniyə təşkil edəcək.