Yazar Günel Eminli iyunun 9-da – öz doğum günündə vəfat edib. Onun 39 yaşı tamam olurdu. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az məlumat verir.
Eminli uzun sürən onkologiya xəstəliyindən əziyyət çəkib və Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Eminli ədəbiyyat-mədəniyyət saytlarında müxtəlif yazılarla çıxış edirdi, bir neçə kitabın müəllifi idi. Onun ən tanınmış “Cənnətdə payız” kitabı 2017-ci ildə cəmiyyətə təqdim olunub.