top
Yaz yorğunluğundan özümüzü necə xilas edək? - Mütəxəssislərdən ÖZƏL AÇIQLAMA
21 aprel 2025, 07:30
- ↺ +

Yaz yorğunluğundan özümüzü necə xilas edək? - Mütəxəssislərdən ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Havaların isinməsi, təbiətin oyanışı əhvalımızı yaxşılaşdırsa da, bəzi insanlarda narahatlıq yaradır. Martın əvvəlindən başlayan yorğunluq, halsızlıq, yuxusuzluq kimi əlamətlərdən şikayətlər səslənir. Bu hal “bahar yorğunluğu” adlandırılır və çox yayılmış vəziyyətdir.

Bəs, görəsən, yaz yorğunluğunun səbəbləri və ondan xilas yolları nələrdir?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən həkim-fitoterapevt Elnur Eldaroğlunun sözlərinə görə, yaz fəslində insan orqanizmində müəyyən dəyişikliklər baş verir:

“Qan dövranı sistemi, həmçinin hormonal balansla bağlı dəyişikliklər meydana gəlir. Bu, normaldır. Bu kimi hallar təkcə insanlara aid deyil, digər canlılar üçün də keçərlidir. Belə dövrdə insanlar yorğun ola, yaz depressiyasına girə bilirlər. Bəzilərində xroniki yorğunluq sindromu olur. Təzyiq xəstələrinin təzyiqi qalxıb-düşür. Qastritlərin aktivləşdiyi, revmatiklərin artdığı bir dövrə gəlib çıxmışıq.

Allergiya da təbiətin oyanışı ilə bağlıdır. Ən çox insanları narahat edən isə xroniki yorğunluq sindromudur. Heç nəyə həvəsin olmaması halları müşahidə edilir. Bu istər zehni, istərsə də fiziki və ya cinsi olaraq özünü göstərir. Xronikiləşməməsi lazımdır. Belə vaxtlar açıq havada gəzmək və idman etmək mütləqdir. Əgər çox ciddi yuxu problemləri yoxdursa, yuxu rejimini daha normal rejimə gətirmək lazımdır. Anormal yuxu rejimi hormonal problemlərə və ciddi xəstəliklərə gətirib çıxara bilər. İnsanlar normal hobbilər ilə məşğul olmalı, təbii qidalara üstünlük verməlidirlər”.

Psixoloq Gülər Məmmədova isə qeyd edib ki, ümumiyyətlə hava ilə əlaqədar olaraq bir çox insanlarda psixosomatik problemlər yaranır:

“Nəzərə alsaq ki, yaz ayında mütəmadi yağış yağır, külək və tutqunlu hava şəraiti  olur, yaz fəslinin yaratdığı hava dəyişkənliyi bir çox insanların psixoloji durumuna müəyyən şəkildə təsirsiz ötüşmür, əhvalına təsir edir.

Bəzi şəxslər yağış yağarkən çox qəmgin olur, müəyyən stresə qapılır, əhvalında düşkünlük yaranır. Bu tip insanlarda havanın dəyişkənliyi ilə əlaqədar psixoloji cəhətdən dayanıqlılıq pozulur, onların müxtəlif situasiyalarda verdiyi reaksiyalar qeyri-adekvat ola bilir. Bir qisim insanlar üçünsə təbiətdə baş verən bu dəyişikliklər heç bir əhəmiyyət kəsb etmədiyindən onlar psixoloji cəhətdən özlərini rahat hiss edirlər. Həmin şəxslər fəsildən asılı olmadan, havanın hər hansı bir vəziyyətinə əhəmiyyət vermədən psixoloji durumu gözəl şəkildə idarə edə biləcəklər”.

Psixoloq qeyd edib ki, bu tip insanlar havanın istənilən vəziyyətində, hər cür şəraitdə zövq alırlar.

“Onlar həyatın fəlsəfəsini dərk edən insanlardır, baş vermiş təbii hadisələr onlar üçün psixoloji cəhətdən gərginlik yaratmır. Çox pozitiv olurlar, həyata bağlanırlar. Onların əksi olan insanlar isə özlərinə qapanır, stresə meylli olurlar, narahatlıqlarını ətrafa da sezdirirlər”, - deyə G.Məmmədova əlavə edib.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Oxşar xəbərlər