“Yeni Klinika” Tibb Mərkəzinin direktoru ilə birlikdə həbs olunmuş şəxs azadlığa buraxılıb. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov azadlığa buraxılıb. O, vaxtından əvvəl cəzadan şərti olaraq azad edilib.
Əvəz Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, tibb müəssisəsinin direktoru və daha 3 nəfər birlikdə koronavirusa yoluxmuş xəstələrin klinikada müalicə alması üçün rüşvət almaqda ittiham olunaraq həbs olunmuşdular.