26 avqust tarixindən Nizami rayonunda yerləşən Yeni Klinikada canlı növbə onlayn sistem ilə əvəz ediləcək.
Canlı növbə zamanı yaranan sıxlığı aradan götürmək məqsədilə klinikada onlayn sistem tətbiq olunur. Artıq peyvənd (Coronovac və Pfizer) olunmaq üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytından növbə götürməli olacaqlar.
Qeyd edək ki, daha öncə Yeni Klinikada canlı növbə üzrə 1-ci doza peyvənd olunan vətəndaşlar, 2-ci dozanı vurdurmaq üçün sayt vasitəsilə qeydiyyatdan keçməlidirlər.