Yeni Klinikaya direktor təyin edilib. Bu barədə BakuPlus.az “Qafqazinfo”ya istinadən bu gün, 15 iyul tarixində xəbər verir.
Bu vəzifə Barat Yusubova həvalə olunub.
Barat Yusubov Mərkəzi Neftçilər Xəstəxanası, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və digər tibb müəssisələrində işləyib. 2018-ci ildən “EGE Hospital”ın Müşahidə Şurasının sədri kimi çalışıb.
Bundan əvvəl Yeni Klinikanın direktoru rüşvət ittihamı ilə 3 il əvvəl həbs olunan və bu günlərdə azadlığa çıxan Pərviz Abbasov olub. Onu tanınmış anestezioloq Cavid Paşayev əvəz edirdi.