Ölkə ərazisində taksi şirkətləri sürücülərin profillərini bloklamağa başlayıb. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
“Bolt” və “Uber” şirkətləri iyulun 1-dən etibarən sifariş yerinə gələn yeni qaydalara uyğun olmayan avtomobil sürücülərinin profillərini bağlayır.
Yeni qaydalara əsasən, buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə taksi fəaliyyəti üçün buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Həmçinin nəqliyyat vasitələrinin rəngləri ağ və ya qırmızı müəyyən edilib.