Baş Dövlət Yol Polisi əhaliyə müraciət edib.
Bakuplus.az quruma istinadən xəbər verir ki, yeni dərs ilinin başlanması təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsi tələb olunur.
Cari ilin sentyabr ayının 10-dan oktyabr ayının 10-dək respublika ərazisində təhlükəsizlik aylığının keçirilməsinə başlanılıb.
“Diqqət, uşaqlar!” devizi altında keçiriləcək tədbirlər çərçivəsində təhsilalanların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlərin gücləndirilməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə edilməsi, çatışmazlıqların aradan qaldırılması, xüsusilə maarifləndirmə və tərbiyəvi-təbliğat xarakterli işlərin görülməsi nəzərdə tutulur", - deyə müraciətdə qeyd olunub.