top
Yeni yaradılan ixtisasların məzunları iş tapa biləcək?
08 dekabr 2024, 01:00
- ↺ +

Yeni yaradılan ixtisasların məzunları iş tapa biləcək?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ali təhsilin bakalavriat səviyyəsi üzrə “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub.

Bu ixtisaslardan gözləntilər nələrdir? İxtisaslar Azərbaycan əmək bazarı üçün nə qədər vacibdir?

Mövzu ilə bağlı modern.az-a danışan təhsil eksperti Elnur Aydın bildirib ki, əmək bazarının dəyişən tələblərini nəzərə almaqla yeni ixtisasların yaranmasına ehtiyac duyulur:

“Müasir texnologiyalar, rəqəmsal iqtisadiyyat, süni intellekt və bu kimi sahələrə tələb artmaqdadır. İqtisadiyyatı gücləndirmək üçün qeyri-neft sektorunu inkişaf etdirmək zərurəti var. Məhz ali məktəblərdə yaradılan yeni ixtisaslar da bu məqsədə xidmət edir”.

Ekspert bildirib ki, texnoloji yönümlü ixtisaslara gələcək əmək bazarında ehtiyac günü-gündən yüksəlir:

“Bizim bugünkü tələbələr indidən gələcək əmək bazarında yaranacaq ehtiyaclara uyğun hazırlanmalıdır. Süni intellekt, robototexnika, kibertəhlükəsizlik və məlumat analitikası kimi sahələr üzrə ali məktəblərimiz kadr hazırlığına başlamalıdır. Ətraf mühit mühəndisliyi, bərpa olunan enerji texnologiyaları kimi sahələrdə də kadr hazırlığına ehtiyac var. Dizayn, proqramlaşdırma və rəqəmsal marketinq kimi ixtisaslar dövrün tələblərinə uyğun kadr hazırlığına diqqət yetirilməlidir”.

E.Aydın qeyd edib ki, yeni ixtisasların yaradılması bu baxımdan çox əhəmiyyətlidir:

“İxtisasların adını dəyişmək və yeni ixtisasların yaradılması mühüm addımlardır. Bu addımların effektivliyini artırmaq üçün yeni ixtisasları tədris edəcək müəllimlərin formalaşdırılması vacibdir. Burada sistemli yanaşma tətbiq olunmalıdır. Əgər yeni ixtisaslar üçün müasir standartlara cavab verən yeni məzmun və tədris proqramları yaradılmasa ixtisasın adının dəyişdirilməsinin və ya yeni ixtisasın yaradılmasının effektivliyi olmaz”.

Son xəbərlər

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Oxşar xəbərlər