Paytaxtdakı rəsm kursunda yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlərdə təqsirləndirilən 73 yaşlı müəllimin məhkəmə prosesi yekunlaşıb. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Nizami Rayon Məhkəməsində oxunan hökmə əsasən, H.Tağıyev Cinayət Məcəlləsinin “16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər” maddəsi ilə təqsirli bilinib. Ona qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 2 il islah işləri cəzası verilib.
Verilən məlumata görə, 8 il əvvəl təqaüdə çıxan H.Tağıyev yaşadığı yerə yaxın olan rəsm kurslarında dərs deyib. 2022-ci ildə onun 15 yaşlı şagirdinə qarşı müxtəlif əxlaqsız hərəkətlər etməsi barədə polisə müraciət daxil olub və barəsində cinayət işi açılıb.