Xocəsəndən Lökbatana gedən yolla hərəkət edən sürücüyə cərimə gəlib. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Bizim.Media-ya istinadən məlumat verir.
Sürücü yol hərəkəti qaydalarını pozmadığı halda ona elektron qaydada protokol yazıldığını iddia edir. O, 80 km/saat sürət həddi olan yolda 74-80 km/saat sürətlə hərəkət etsə də, radarla qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qeyd olunan müraciətlərlə bağlı məsələ qeydə alınıb, məsələ araşdırılacaq.
Video: