Bu gün, 11 mart tarixində Bakıda və Abşeron yarımadasında yenə dumanlı hava müşahidə olunur. Bu səbəbdən yollarda görünüş məsafəsi məhdudlaşıb və bu da sürücülərə ciddi çətinliklər yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib.