Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu haqda 16 noyabr tarixində APA məlumat verib.
Küləkli və yağışlı hava ilə əlagədər baş Dövlət Yol Polisi sürücülərdən yollarda daha diqqətli və məsuliyyətli olmağı tələb edir. Hava küləkli olduğu üçün sürücülər avtomobillərini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, aşma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamasınlar.
Yağışlı hava şəraitində hərəkət edən zaman sürət həddini minimuma endirməli və kifayət qədər ara məsafəsi saxlamalıdırlar. Piyadalar hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.