Ailələri tərəfindən atılan bacılar himayəyə götürülüblər. Bu haqda bu gün, 30 aprel tarixində Bakuplus.az “Qadın və Uşaq” sığınma evinə istinadən xəbər verir.
Bildirilir ki, Bakı Şəhər Yol Polisi əməkdaşı ana və nənələri tərəfindən çölə atılan qızları öz himayəsinə götürüb. O, azyaşlılara yeni geyimlər alıb, eləcə də böyük bacının gözündə olan problemin əməliyyat və ya müalicəsi xərclərini özü edəcəyini deyib.
Sözügedən yol polisi əməkdaşı əlavə 4 qız uşağını himayəsində saxlayır. Qızların bütün ehtiyaclarını özü ödəyir.
View this post on Instagram