Bakı və Abşeronda olacaq hava şəraiti açıqlanıb. Bu haqda bu gün, 30 iyun tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
1 iyul tarixində Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22, gündüz isə 23-27 dərəcə isti olacaq.
Ötən gün Bakı və Abşeronda güclü külək olacağı barədə də məlumat verilmişdi.