İyun ayında qeyri-iş günləri açıqlanıb. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az Nazirlər Kabinetinə istinadən xəbər verir.
15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. 16 və 17 iyun isə Qurban bayramı günləridir. 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun qeyri-iş günləri olacaq.
Beləliklə, ardıcıl olaraq 5 gün - 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.
Həmçinin 26 iyun tarixi qeyri-iş günü olacaq.