top
Yuri Vernidub: Neftçiyə yalnız çempionluq yaraşır
13 dekabr 2025, 13:11
- ↺ +

Yuri Vernidub: "Neftçi"yə yalnız çempionluq yaraşır"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Neftçi" futbol klubunun  yeni baş məşqçisi Yuri Vernidub klubun rəsmi saytına müsahibə verib.

Ukraynalı mütəxəssis "Neftçi"yə gəlişi və hədəflər haqda danışıb.

- "Neftçi"yə gəlişiniz necə baş tutdu?

- Əslində, həm ölkə daxilindən, həm də ölkə xaricindən təkliflərim var idi. Amma "Neftçi"dən təklif gələn kimi digərlərini kənara qoydum. Çünki "Neftçi" böyük tarixə malik klubdur. Komandanı hələ SSRİ çempionatından tanıyıram. Özüm də futbolçu kimi "Neftçi"yə qarşı oynamışam. "Neftçi" Ukraynada da çox populyardır. Rəhbərliklə söhbətimizdən sonra klubun qarşısında hansı hədəflərin dayandığını gördüm. Layihəni çox bəyəndim. Burada sistemli iş aparılır və klubun böyük planları var. Hazırda nəticələr çox da ürəkaçan olmasa da, bunlar müvəqqətidir. Nəticələri birlikdə yaxşılaşdıracağıq.

- Artıq futbolçularla da tanış olmusunuz, komandanı bir neçə məşqə çıxarmısınız. İlkin təəssüratlarınız necədir?

- Heyət çox keyfiyyətli futbolçulardan ibarətdir. Klub gözəl və hədəflərə uyğun transfer siyasəti həyata keçirib. Hər mövqedə güclü futbolçular toplaşıb. Onlardan gözləntilərim yüksəkdir. Çalışacağıq ki, qısa zamanda komandaya öz oyun fəlsəfəmizi aşılayaq, həm taktiki, həm fiziki, həm də psixoloji cəhətdən onları yeni səviyyəyə qaldıraq. Vaxt gedir, artıq çempionatın ortasındayıq. İşə düzgün yanaşsaq, məqsədimizə çatacağıq. Yaxın vaxtlarda hər hansı bir transferin həyata keçirilməsi gündəmdə deyil. Əlbəttə, uzunmüddətli planda komandanın möhkəmləndirilməsi var, amma indi əsas prioritetimiz əlimizdə olan futbolçuların oyun səviyyəsini bir qədər də qaldırmaqdır. Onlara güvənirəm.

- Qarşınıza hansı hədəflər qoyulub?

- Əvvəlcə mütləq şəkildə nəticələri yaxşılaşdırmalıyıq. İşimiz çoxdur, amma qorxmuruq. Artıq bir neçə məşq keçmişəm, futbolçularda da istək və əzm hiss olunur. Rəhbərlikdən də ilk gündən yalnız dəstək görürəm. İnanıram ki, bu çətinliyin öhdəsindən birlikdə gələcəyik. İlk söhbətimizdə də rəhbərlikdən xahiş etdim ki, hər dəqiqə mənim və futbolçuların yanında olsunlar. Biz bir-birimizi çox yaxşı başa düşdük. Hədəflərə gəlincə, "Neftçi"yə yalnız çempionluq yaraşır. Düzdür, indi turnir cədvəlində yerimiz yaxşı deyil, amma mövsümün sonunda mütləq ön pillələrdə olmalıyıq. Vuruşacağıq, sonadək mübarizə aparacağıq. Ən azı bunun üçün sona qədər döyüşəcəyik, əlimizdən nə gəlirsə, edəcəyik. Elə "Sumqayıt"la matçdan etibarən qələbələri sıralamağa çalışacağıq.

- "Neftçi" azarkeşlərinə sözünüz nədir?

- Bu komanda necə böyükdürsə, elə də böyük azarkeşi var. Balacadan böyüyə ürəyi "Neftçi" ilə döyünən azarkeş ordusu var. Bunu bilirəm. Hər şeyin fərqindəyəm. "Neftçi"ni hər oyunda nəticədən asılı olmayaraq sonadək dəstəklədiklərindən xəbərdaram. Çalışacağıq və əlimizdən gələni edəcəyik ki, onların ümidlərini doğruldaq, hər oyundan sonra onları evlərinə sevinclə yola salaq. Azarkeşlərdən də xahiş edirəm ki, futbolçulardan dəstəklərini əsirgəməsinlər.

Son xəbərlər

Xəbər
Bu gün, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Bu gün, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Bu gün, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Bu gün, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Bu gün, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Bu gün, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Bu gün, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Bu gün, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Bu gün, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Bu gün, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Bu gün, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
Dünən, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
Dünən, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
Dünən, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
Dünən, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
Dünən, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
Dünən, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
Dünən, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
Dünən, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
Dünən, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
21 oktyabr 2026, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Aktual Xəbərlər
21 oktyabr 2026, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Oxşar xəbərlər